Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda

Pambıq tarlasında yenə kütləvi zəhərlənmə oldu: bu dəfə Sabirabadda
SOSİAL
14:42 23.06.2018
5695
Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib.

Azxeber.com xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR