"Panathinaikos" azarkeşlərindən Fələstinə böyük dəstək

İDMAN
10:43 13.11.2024
163
"Panatinaikos”un azarkeşləri "Makkabi Təl-Əviv”lə Avroliqa basketbol matçında Fələstin bayraqlarını dalğalandırıblar.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Makkabi Təl-Əviv”lə qarşılaşmada "Panatinaikos” idman azarkeşləri üzərində "Soyqırımı dayandır, Fələstinə azadlıq” sözləri yazılmış nəhəng reklam lövhəsi açıb.
 
Bununla yanaşı azarkeşlər Fələstin bayraqlarını da matç boyu stadionda dalğalandıraraq dəstək olduqlarını bildiriblər.
 
Qeyd edək ki, "Panatinaikos" 93-87 hesabı ilə qalib gəlib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR