Pandemiyadan sonra infarktlar niyə artıb? - Həkim AÇIQLADI

SAĞLAMLIQ
11:56 19.04.2023
565
Son zamanlar tez-tez eşitdiyimiz infarktdan ölümlər dərhal "Covid-19 peyvəndlərinə görədir?” sualını ağlımıza gətirir. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, kardiologiya mütəxəssisi İlham Tokatlı Dilmen hər kəsi maraqlandıran bu mövzuda əhəmiyyətli açıqlamalar verib.

Təxminən 3 illik pandemiyadan sonra Covid-19 vaksinləri ilə bağlı müzakirələr davam edir. Pandemiyadan sonra infarktdan ölümlərin əhəmiyyətli dərəcədə artması, ümumiyyətlə, əhali arasında peyvəndlərlə əlaqələndirilir. Bəs bu iddialar nə dərəcədə doğrudur? Kardiologiya mütəxəssisi İlham Tokatlı Dilmenin bu mövzuda fikirləri belədir:

"Pandemiyanın ilkin mərhələlərində xəstələrimiz təəssüf ki, virus və tətbiq olunan karantin şərtləri haqqında bilik və təcrübənin olmaması səbəbindən gündəlik müayinələrdən yayınıblar. Ürək xəstəliklərinin çoxu xroniki xəstəliklərdir ki, onları izləmək lazımdır. Hipertoniya, ürək çatışmazlığı, ritm pozğunluğu olan xəstələrimiz "Covid olacam” qorxusundan müayinələrə gələ bilmirdilər. Buna görə də onların müalicəsi yarımçıq qalıb, dərmanlarını kifayət qədər dozada qəbul etməyən, dayandıranlar olub. Xəstələr şikayətlərinə baxmayaraq həkimə getməyi təxirə saldıqları üçün müalicələri gecikib və çətinləşib. Düşünürəm ki, evdə qeyri-aktiv olmaq, yemək vərdişlərinin dəyişməsi, çəki artımı, narahatlıq pozğunluğu, depressiya, sosial dəstəyin olmaması kimi amillər də ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Təbii ki, şikayətlərin gecikməsini, həkimə gec müraciətləri də bu sıraya əlavə etmək olar”.

Ayşən

OXŞAR XƏBƏRLƏR