BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

"Panikaya düşüb, əlinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin" - İqtisadçı-ekspert

ÖZƏL
12:52 10.03.2020
4812
"Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin. Heç bir təşvişə ehtiyac yoxdur".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış iqtisadçı ekspert Pərviz Heydərov deyib.
 
O bildirib ki, neftin dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: "2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir. Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və sair yaranmayacaq. Dünya bazarlarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət hesab edirəm ki, müvəqqətidir.
 
İqtisadçı deyib ki, manatı dollara çevirmək üçün də lüzum yoxdur: "Ölkədən kənara çıxmırsızsa, əlinizdə və ovcunuzdakı manatı xarici valyutaya dəyişmək mənasızdır. Boş yerə gərginlik yaratmayın".

OXŞAR XƏBƏRLƏR