Hacıağa Əliyevİngilis filosof Jeremy Benthamın 1785-ci ildə hazırlamış olduğu həbsxana inşa modelidir. Dizaynın əsas mahiyyəti müşahidə etməkdir, (Pan – bütünü, opticon- müşahidə) bu dizayn bir neçə mərtəbəli binalarda, tək kameralardan ibarət bir halqa üzərində qurulmuşdur. Hər kamera halqanın daxili hissəsindən açıq və xarici hissəsindən isə bir pəncərədən ibarət idi. Halqanın ortasında məhkumlarla əlaqə saxlaya bilməyən həbsxana növbətçisinin baxış yeri mövcuddur.
Silke Berit Lang 2004-cü ildə “Memarlıqda Video Sistemlərin Təsiri” adlı dissertasiyasında Panoptikon haqqında belə yazır :
“Panoptikonun əsas məqsədi, tək kameralı otaqda olan məhkumun gizlənə bilməsi üçün heç bir yerin mövcud olmaması, həmçinin xarici hissədə yerləşən pəncərədən gələn işığın köməyi ilə həbsxana növbətçisinin davamlı şəkildə məhkuma nəzarət etmə imkanına şərait yaratmasıdır. Benthama görə müşahidə edilən hər səhv hərəkətin cəzaya səbəb olacağını bilən, lakin davranışlarının nə vaxt müşahidə olunduğunu bilməyən məhkum, hər zaman müşahidə olunduğunu düşünərək heç bir neqativ hərəkətə yol verməməyə məcbur olur.”
Bentham, panoptikonu "bir üst ağlın, gücü əldə etməsinin yeni bir modeli" olaraq ifadə etmişdir. Bentham, panoptikon fikrini, çox sayda insanın bir yerdə olduğu və qarışıqlıq çıxması mümkün olan bir mühitdə, meydana gələ biləcək problemlərin həlli üçün qardaşı Samuelin fikirləşdiyi, Parisdə yerləşən bir hərbi məktəb planından götürmüşdür. Panoptikon həbsxana modelinin əsas əhəmiyyəti, müasir cəmiyyətlərdəki iqtidarın işləmə formasını təmsil edən bir quruluşa malik olmasıdır. Müasir cəmiyyətlə birlikdə mərkəzi iqtidar fərdlərin təfəkkürünə təsir etmişdir. Ölüm elanı verməyə həvəsli olan bir çox adam, mərkəzi nüfuzun bu təsirini iqtidarın ölümü kimi qəbul etmişdir amma bu son dərəcə səhv bir nüansdır, çünki iqtidar ölməyib, yalnız şəkil dəyişdirmək və özünü görünməz etmək surətiylə gücünə güc qatmışdır. Artıq iqtidar, cəmiyyəti meydana gətirən fərdlərin xaricində deyil, içindədir. Yəni cəmiyyəti meydana gətirən fərdlər, özlərini içində tapdıqları sistem tərəfindən elə bir hala salınıblar ki, artıq onlara nə etmələri, necə davranmaları lazım olduğunu söyləməyə belə ehtiyac yoxdur, çünki onlar onsuz da sistemin axsamadan çalışması üçün oynamaları lazım olan rolu oynamağa hazır bir vəziyyətə gətiriliblər. Panoptikon modelini müasir elmdə terminləşdirən və bunun tam geniş izahını verən Michael Foucault (Mişel Fuko) olmuşdur. Foucaulta görə güc kölə və sahib arasındakı münasibət deyil, dəyişə bilən güc tipi var. Klassik tipdə nizam-intizamı həyata keçirtmək üçün cəzalındırma sistemi mövcuddur, buna görə qaydanı pozanın cəzalandırılması və bu yolla nizam-intizamın qurulması həyata keçirilir, tarixi olaraq ən qədim və asan üsul hesab edilir. Müasir cəmiyyətlərdə isə qarışıq olsa belə bu tipi Panoptikon modeli əvəz edir. Foucaulta görə panoptikonun vacibliyi, tikiliş formasında yox yaratdığı nizam-intiazm mexanizmasında özünü biruzə verir. O XIX əsrdə meydana gələn cəmiyyətlərin əsas xüsusiyyətini belə izah edir :
“Bir şəxsə verilmiş olan və bu şəxsin başqaları üzərində həyata keçirdiyi heç bir güc yoxdur, bu hərkəsi özündə birləşdirən bir mühərrikdir. İqtidarı idarə edənlər qədər iqtidar olaraq göstərilənlər də bura daxildir. İqtidar anadan gəlmə iqtidara sahib olan və ya onu həyata keçirən şəxslə maddi olaraq eyni deyil, qanuni sahibi olmayan mühərriklər halına gətiriliblər.”
Buna görə də panopticonların, iqtidarı avtomatik olaraq individualizmdən çıxardığı düşünülə bilər. Yoxlama mexanizmi artıq fərdi olaraq qeyri-işlək hala gəlir və müşahidə qülləsində müşahidə edən adamın kim olduğu əhəmiyyətini itirir. Artıq hər kəsin özünü müşahidəyə başlamasıyla birlikdə, Foucaultun da mükəmməl düstur olaraq xarakterizə etdiyi davamlı nəzarət halı bu formada ortaya çıxır. Bu vəziyyət cəmiyyətin itaətli bədənlərə çevrilməsini də həyata keçirir. Foucault isə belə izah edir:
“İqtidar cəmiyyəti fərdi vahidlər halında nizamlayır. Bunun məqsədi isə, insanları maksimum görünə bilən bir sistem içərisində nəzarət altında saxlamaqdır. Dövlət təşkilatlarıda bundan səmərəli istifadə edir. Məsələn, xəstəxanalar, məktəblər, universitetlər, banklar ... bizimlə əlaqədar məlumatlar saxlanılır. Biz isə bunları unuda bilərik deyə və ya dövlətin idarə olunma mexanizmasının məcburi bir hissəsi olaraq qəbul edirik.”
Müasir dövrdə isə müşahidəni daha çox kütləni bir yerdə toplamaq gücünə sahib olan şəbəkə sistemləri həyata keçirə bilir. Sosial şəbəkələrin iqtidarlar üçün ən sərfəli tərəfi insanların özlərinin yox, fikirlərinin birbaşa şəkildə öyrənilməsi və nəzarətə alınmasının rahat bir şəkildə həyata keçirilməsinə yardım etməsidir. Qütbləşmələr dövründə lokal təsir etmələrin mövcudluğunu həyata keçirmək , insanların fikir paylaşmasını fərqli istiqamətə yönləndirmək üçün, gündəm dəyişiklərinin də həyata keçirilməsini və insanların buna dolğun şəkildə inamını formalaşdırdığını görmək mümkün olur.