Papa Fransisk danışmağı yenidən öyrənəcək – Vatikandan açıqlama

Papa Fransisk danışmağı yenidən öyrənəcək – Vatikandan açıqlama
DÜNYA
11:42 22.03.2025
215

Roma Papası Fransiskin vəziyyəti stabildir, lakin o, müalicədən sonra danışmağı yenidən öyrənməli olacaq.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu kardinal Viktor Manuel Fernandes bildirib.

"Papanın səhhəti yaxşıdır, lakin oksigen terapiyası hər şeyi qurudur. O, danışmağı yenidən öyrənməlidir, amma ümumi fiziki vəziyyəti əvvəlki kimidir”.

O həmçinin mediada yayılan Roma Papasının guya taxtdan imtina edəcəyi barədə xəbərləri təkzib edib.

Kardinalın sözlərinə görə, Fransiskin səhhəti yaxşılaşır və o, özünü daha yaxşı hiss edir.

OXŞAR XƏBƏRLƏR