Papadan Ukrayna və Rusiyaya danışıqlarla bağlı MESAJ

Papadan Ukrayna və Rusiyaya danışıqlarla bağlı MESAJ
DÜNYA
14:16 12.03.2024
169
Katoliklərin dini lideri Papa Fransisk Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışıqlara işarə edərək, Türkiyəyə vasitəçilik təklif edib. 

AZXEBER.COM xəbər verir ki, Katolik dünyasının ruhani lideri Papa Fransisk Türkiyəyə Ukrayna-Rusiya müharibəsində vasitəçi olmağı təklif edib. 

Papa "Ağ bayraq dalğalandırmağa cəsarəti çatan güclüdür” deyib. Onun sözləri Ukrayna və Rusiya tərəfindən alqışlarla qarşılanıb.

Ukrayna Prezidenti Volodimr Zelenski açıqlamasında Rusiyanı nəzərdə tutaraq "Müharibədə kimin dayanmalı olduğu aydındır”,- deyə qeyd edib.

Rusiya isə Ukraynanı Roma Papasının bəyanatına reaksiya verdiyi üçün tənqid edib.

 "Təəssüf ki, Papanın bəyanatları Kiyev rejimi tərəfindən sərt təkziblə qarşılanıb. Onlar heç bir danışıqların keçirilməsinə imkan vermir", - deyə Dmitri Peskov bildirib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR