Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdı - Açılış vaxtı bilindi

Bakı sakinlərinin illərdir gözlədiyi metrostansiya hazırdı - Açılış vaxtı bilindi
SOSİAL
11:06 15.12.2019
3446
Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:

"Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb  və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”.
OXŞAR XƏBƏRLƏR