Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib
DÜNYA
16:01 07.10.2025
382
Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti Papua Yeni Qvineyada baş verən zəlzələnin episentrinin Morobe əyalətinin mərkəzi Lae şəhərindən 26 kilometr qərb-cənub-qərbdə olduğunu bildirib.

Təxminən 100 kilometr dərinlikdə baş verən zəlzələnin 6,6 bal gücündə olduğu bildirilir.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Gülay
OXŞAR XƏBƏRLƏR