Paramotorlarla İraqdan Türkiyəyə keçməyə cəhd edən terrorçular zərərsizləşdirilib

DÜNYA
19:09 18.08.2024
174
İraqın şimalından Türkiyəyə paramotorlarla keçməyə cəhd edən PKK terrorçuları zərərsizləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.

Şırnakın Uludere rayonunda Düğün dağı istiqamətində iki hava qurğusunun Türkiyə sərhədinə doğru uçması Türkiyə Quru Qoşundarına məxsus "AKINCI TİHA” Pilotsuz Uçuş Aparatı (PUA) tərəfindən aşkarlanıb. İki paramotor və paramotordakı terrorçular silahlı PUA və ATAK helikopterləri tərəfindən atəşə tutulub. Nəticədə 4 terrorçu öldürülüb, 2 paramotor, 4 avtomat, bir tapança ələ keçirilib.
OXŞAR XƏBƏRLƏR