Paris-2024: Azərbaycan cüdoçusu qələbə qazandı

İDMAN
12:35 02.08.2024
187
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZXEBER.COM xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə finlandiyalı Martti Puumalaynenlə döyüşəcək. 
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR