Paris-2024: Azərbaycan güləşçisinin medal görüşündəki rəqibi dəqiqləşdi

İDMAN
14:00 08.08.2024
129
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.

AZXEBER.COM-un məlumatına görə, bu, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra bəlli olub.

Cəfərov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.

Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib - 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR