Paris-2024: Azərbaycan idmançısı dünya rekordçusu ilə mübarizədə

Paris-2024: Azərbaycan idmançısı dünya rekordçusu ilə mübarizədə
İDMAN
21:15 28.07.2024
214
Azərbaycan üzgüçüsü Ramil Vəlizadənin Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub.
 
AZXEBER.COM İdman.biz-ə istinadən xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulu ilə üzəcək idmançımız təsnifat mərhələsində 1-ci qrupda yer alıb.
 
"Paris La Defense Arena”da təşkil olunacaq mərhələ iyulun 30-da keçiriləcək. Mübarizəyə Bakı vaxtı ilə 13:00-da start veriləcək. Vəlizadənin yer aldığı 1-ci qrup da həmin vaxt sürətini yoxlayacaq.
 
Dörd üzgüçünün yer aldığı qrupda Ramilin rəqibləri Matin Balsini (Qaçqınların Olimpiya Komandası), Petar Petrov Mitsin (Bolqarıstan) və Gerald Ernandes (Nikaraqua) olacaq. Ramil 5-ci zolaqda üzəcək.
 
Amma onun rəqibləri təkcə bu üç idmançı deyil. Digər üç qrupun hərəsində 8 üzgüçü çıxış edəcək. 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.
 
Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə favorit olan Kşiştof Milak 3-cü qrupda 4-cü zolaqda çıxış edəcək. Bu məsafədə olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu olan 24 yaşlı macar həm planetin, həm də qitənin rekordçusudur.
OXŞAR XƏBƏRLƏR