Paris-2024: Azərbaycanın paraüzgüçüsü finala vəsiqə qazandı

Paris-2024: Azərbaycanın paraüzgüçüsü finala vəsiqə qazandı
İDMAN
12:28 31.08.2024
213
Azərbaycan paraüzgüçüsü Raman Salei Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, idmançımız S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.

Final bu axşam Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də yekunlaşacaq.
OXŞAR XƏBƏRLƏR