Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəldi

İDMAN
13:40 10.08.2024
134
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR