Paris-2024: Azərbaycanın sərbəst güləşçisi qələbə qazandı

İDMAN
14:25 09.08.2024
159
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR