Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub

İDMAN
15:24 06.08.2024
191
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Stadnik rəqibinə 3:4 hesabı ilə uduzub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
 
14.38
 
Bu gün qadın güləşçilərin mübarizəsində Azərbaycanın yeganə təmsilçisi olan Mariya Stadnik ilk görüşünə çıxıb.

AZXEBER.COM xəbər verir ki, o, 1/8 finalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Bu, Stadnikin karyerasında 5-ci olimpiadadır.

OXŞAR XƏBƏRLƏR