Fransanın paytaxtında keçiriləcək Paris 2024 Olimpiya Oyunlarının açılış mərasimi üçün məşq keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Parisin simvollarından biri olan Eyfel qülləsinin qarşısında keçirilən məşqlərdə atlar üzərində olan cəngavərlər diqqət çəkib.
Belə ki, atlı dəstə mühafizəçilərin müşayiəti ilə Eyfel qülləsinin qarşısındakı Pont d'Iena körpüsündən istifadə edərək Sena çayını keçib və açılış mərasiminin son nöqtəsi olan Trocaderoya çatıb.
Art-direktorlarla keçirilən məşqlərdə Eyfel qülləsinin məşhur işıq şousu da sınaqdan keçirilib.'
Oksana