Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşçilərinin yarışında Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, 77 kq çəki dərəcəsində qüvvəsini sınayan S.Süleymanov 1/8 finalda rəqibinə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.