Paris-2024: Triatlon yarışı Sena çayında suyun çirkli olması səbəbindən təxirə salınıb

İDMAN
10:41 01.09.2024
156
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının triatlon yarışı Sena çayında suyun keyfiyyətinə görə təxirə salınıb.

Bu gün baş tutmalı olan yarış suyun çirkli olması səbəbindən keçirilməyəcək.

Sentyabrın 2-nə qədər suyun keyfiyyəti normalara cavab verərsə, yarışın reallaşması mümkün ola bilər.

Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışları da Sena çayında suyun keyfiyyətsizliyi səbəbindən təxirə salınmışdı.

OXŞAR XƏBƏRLƏR