Paris-2024-ün bağlanış mərasimində Azərbaycan bayrağını onlar daşıyacaq

İDMAN
15:17 08.09.2024
239
Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaq.

Bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirin bağlanış mərasimi "Stad de Frans"da baş tutacaq.

Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub.

OXŞAR XƏBƏRLƏR