Parisdə atışma baş verib, ölən və yaralananlar var

Parisdə atışma baş verib, ölən və yaralananlar var
DÜNYA
20:40 23.12.2022
293
Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Agence France-Press” şəhərin polis departamentinə istinadən bildirib.

Ən azı 2 nəfərin öldüyü qeyd olunub və bir neçə nəfər yaralanıb.

Həmçinin əlavə olunub ki, atəş açan şəxs artıq saxlanılıb.
OXŞAR XƏBƏRLƏR