Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb

Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb
DÜNYA
18:30 27.07.2026
129
Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində üç qadın yaralanıb, hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.

"Agence France-Presse” agentliyinin məlumatına görə, hadisə bu gün şəhərin şimal-qərbində yerləşən Port de Klişi ərazisində baş verib.

Parisin Polis Prefekturası bildirib ki, iki soyuq silahla silahlanmış 31 yaşlı kişi üç qadına hücum edib. Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Məlumata görə, zərərçəkənlərdən biri hamilə qadındır, onlardan birinin vəziyyəti isə ağır qiymətləndirilir.

İlkin məlumata əsasən, hücumu törədən şəxsin psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.

Polis hücum edən şəxsi hadisə yerində qısa müddətdə saxlayıb. Hadisənin motivi araşdırılır.
OXŞAR XƏBƏRLƏR