Fransada baş verən teraktın şahidlərindən biri öz facebook səhifəsində başına gələnlərdən yazıb.
22 yaşlı Isobel Bowdery adlı qadın Bataclan-da baş verən konsertə geyindiyi köynəyin qanlı şəklini paylaşaraq bunları yazıb. Həmin statusun diqqətə çarpan hissəsini sizinlə bölüşürük.
“Bunun başıma gələcəyini heç vaxt təsəvvür edə bilməzdim. Bir rock konsertində sıradan bir cümə axşamı idi. Atmosfer çox gözəliydi, hamı oynayır gülürdü. Sonra bir kişi girişə gəldi və insanları güllələməyə başladı, biz safcasına bunun şovun bir parçası olduğunu düşündük.
“Bu sadəcə bir terakt deyildi, bu bir kütləvi qırğınıydı. Onlarca insan qabağımda güllələndi. Sevgililərinin ölü bədənlərini tutan insanların gözyaşları balaca musiqi salonunu dəlib keçmişdi. Şoka düşmüş və tənha olaraq saatlarca uzanılı vəziyyətdə ölü kimi davrandım.
Nəfəsimi tutaraq, hərəkət etməməyə və ağlamamağa çalışırdım. Mən ölməyərək çox şanslıydım. Ancaq bir çox insan deyildi. Mənim kimi oraya gözəl bir cümə axşamı keçirməyə gedən insanların hamısı günahsız idi. Dünya çox qəddardır.
Bir anlıq bunun gerçək olmadığını hiss edirəm. Birinin bunun sadəcə kabus olduğunu deməsini gözləyirəm.
Qeyd edək ki, gənc qızın dünən paylaşdığı bu statusu Mark Zukerberg də daxil olmaq üzrə iki milyondan çox insan bəyənib. (musavat.com)

