Parisin mərkəzində şiddətli partlayış oldu

Parisin mərkəzində şiddətli partlayış oldu
DÜNYA
14:34 22.06.2023
196
Fransanın paytaxtı Parisin 5-ci məhəlləsindəki binada baş verən hadisədə yaralananlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Fransanın paytaxtı Parisin mərkəz binalarından birində qaz sızması nəticəsində baş verdiyi ehtimal edilən partlayışda 29 nəfər xəsarət alıb. Baş verən hadisədə yaralananlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Binanın bir hissəsi uçub, itkin düşən iki şəxsin axtarışları davam etdirilir.

Saint-Jacques küçəsindəki yanğının nəzarət altına alındığını bildirən qubernatorluq hadisə yerində 230 yanğınsöndürən və 9 tibb işçisinin işlərini davam etdirdiyini açıqlayıb.

Daxili işlər naziri Gerald Darmanin Twitter hesabından yanğınsöndürənlərin müdaxilə edə bilməsi üçün insanları hadisə yerindən uzaq durmağa çağırıb.

Şəbnəm
 

 


OXŞAR XƏBƏRLƏR