Bildiyiniz kimi, Film Distribution International-ın dəstəyi ilə çəkilən sevimli kinokomediya "Naxox” 29 dekabrdan film ölkənin bütün kinoteatrlarında yayımlanır.
AZXEBER.COM xəbər verir ki, baş qəhrəmanlar ilə görüşmək, şəkil çəkdirmək və onlarla birlikdə bu filmi izləmək üçün sizi yanvarın 13-ü İmza Gününə dəvət edirik.
Park Bulvar AVM-də yanvarın 13-ü saat 20:00-da filmin sevilən aktyorları sizinlə birlikdə olacaq. 20:40 seansını aktyorlarla izləmək mümkündür.
Qeyd edək ki, yanvarın 15 saat 13:00-da isə Park Cinema Masallıda filmin sevilən aktyorları sizinlə birlikdə olacaq. 13:40 seasnını aktyorlarla birlikdə izləmək üçün biletlər artıq satışa çıxarılıb.