"Park Cinema"da “Səkkiz” serialının yayımı dayandırıldı

"Park Cinema"da “Səkkiz” serialının yayımı dayandırıldı
MAQAZİN
09:01 17.01.2026
564
"Park Cinema"da "Səkkiz” serialının yayımı dayandırılıb. 

AZXEBER.COM xəbər verir ki, bu haqda kinoteatrın sosial şəbəkə hesabında məlumat verilib. 

Hazırda serialın yeni seansları ləğv olunub. 

Yayımın dayandırılma səbəbi ilə bağlı "Park Cinema" və layihə tərəfi tərəfindən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, serialın ilk bölümündə personajlardan birinin açıq söyüş ifadələrindən istifadə etməsi zamanı, həmin anların texniki vasitələrlə məhdudlaşdırılmaması qanun pozuntusu kimi qiymətləndirilib. 

Məhz bu səhnələr Audiovizual Şuranın müdaxiləsinə səbəb olub.

Qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

Qeyd edək ki, "Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir. Layihənin quruluşçu rejissoru və baş rolun ifaçısı tanınmış aktyor Hikmət Rəhimovdur. Serial 18+ yaş məhdudiyyəti ilə yayımlanır.

Ekran işi məktəbli qızının intiharından sonra baş verən hadisələr fonunda insan psixologiyasının qaranlıq tərəflərini ön plana çıxarır.

Aysel
OXŞAR XƏBƏRLƏR