“Park Cinema”dan tələbələrə xüsusi təklif

“Park Cinema”dan tələbələrə xüsusi təklif
SOSİAL
11:16 15.09.2017
998

"Park Cinema” kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə xoş sürpriz edib.

Kinoteatrın Marketinq departamentinin direktoru Musa Axundov AZXEBER.COM-a bildirib ki, tələbələr üçün kino bileti və menyuya xüsusi endirimlər ediləcək. "Park Bulvar”, "Metropark”, "Alov qüllələri”, Zaqulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletini göstərən gənclər bu təklifdən faydalana biləcəklər.

"Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar "GəncOl” və "Ulduzum” kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər. "Park Cinema” kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.

Biz inanırıq ki, keçirdiyimiz bu aksiya tələbələrin ürəyincə olacaq və onlar dərsdən sonrakı asudə vaxtlarını bizimlə birlikdə keçirəcəklər”, - deyə Musa Axundov bildirib.

Qeyd edək ki, bu kampaniyadan əlavə, IMAX formatlı filmlərə "Park Cinema”dan tələbələr üçün xüsusi qiymətlər təklif olunur. Bundan əlavə, kino sektoruna gənc nəsli cəlb etmək və onların vaxtlarını sərfəli dəyərləndirmələrinə təkan vermək şəbəkənin əsas hədəflərindən biridir.

"Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə "Park Bulvar”, "Metro Park”, "Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı zalın yerləşdiyi "Flame Towers”, həmçinin Masallı rayonundakı "ASAN Həyat”da yerləşən kinoteatrlar və "Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir. 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR