Parkda skuter sürən oğlan həyatından oldu

Parkda skuter sürən oğlan həyatından oldu
HADİSƏ
22:57 10.05.2025
443
Qazaxda bədbəxt hadisə baş verib.

Hadisə Qazax şəhər parkında qeydə alınıb.

Belə ki, Qazax şəhər sakini 2009-cu il təvəllüdlü V.Pərvanəyev parkda skuter sürən zaman yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yeniyetmə paytaxda yerləşən xəstəxanaların birinə aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
/Unikal
OXŞAR XƏBƏRLƏR