İstanbulun Fatih rayonunun Qumqapı məhəlləsində terrorçular tərəfindən yeddi minik maşını yandırılıb.
AZXEBER.COM-un Azərtac-a istinadən məlumatına görə, terrorçular yol kənarında park edilmiş avtomobillərin üstünə benzin tökərək od vurulublar.
Hadisə ilə bağlı istintaq başlanıb.
Qeyd edək ki, bundan əvvəl Bəyoğlu məhəlləsində ayrı-ayrı vaxtlarda avtomobilləri yandıran bir qurub PKK mənsubu İstanbul polisi tərəfindən zərərsizləşdirilmişdi.