Parlament binasına partlayıcı maddə qoydular!

DÜNYA
16:00 20.11.2012
1515
"Rzeczpospolita" qəzetinin verdiyi məlumata görə, Polşa parlamentinin binasını partlatmaq istəyən şəxs həbs olunub.Qəzetin verdiyi məlumata görə, parlament binasını partlatmaq istəyən şəxs bura 4 ton ağırlığında partlayıcı maddə qoymağı planlaşdırırmış.
Polisə istinadən yayılıan bu məlumatda terrorçunun parlament binasını büdcə müzakirələri keçirilərkən partlatmaq istədiyi deyilir. Qəzetin məlumatına görə, büdcə müzakirəsi zamanı Polşa prezidenti, baş naziri və hökumətin digər üzvlərinin də parlamentdə büdcə müzakirələrini dinləyəcəyi gözlənilir.
Terrorçunun şəxsiyyəti haqda heç bir detallı bilgi verilmir. Sadəcə onun Krakov Kənd təsərrüfatı universitetinin elmi əməkdaşı olduğu deyilir.
//qafqaz

OXŞAR XƏBƏRLƏR