Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı

Parlament seçkilərində mübarizə aparan namizədlərin sayı açıqlandı
SOSİAL
19:38 29.01.2020
3995

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində hazırda qeydiyyata alınmış 1345 namizəd mübarizə aparır.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, artıq 263 nəfər öz namizədliyini geri götürüb. Ümumlikdə, parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət etmişdir. Onların bir hissəsi seçki prosesinin müxtəlif mərhələlərində öz namizədliklərini geri götürüb.

Namizədlərin 23 faizini qadınlar, 77 faizini isə kişilər təşkil edir.

300 nəfərə yaxın namizəd seçkilərdə iştirakını dayandırıb.

OXŞAR XƏBƏRLƏR