Deputatları mühafizəçilər ayırıb.
İnternetdə bu gün Ukrayna parlamentində “Batkivşina” fraksiyasından olan deputat Vadim İvçenko və “Samopomiç” fraksiyasının deputatı Yeqor Sobolev arasında düşən davanın videosu yayılıb.AZXEBER.COM bu barədə Unian-a istinadən xəbər verir.
İvçenko brifinqi yekunlaşdırandan sonra Sobolev ona yaxınlaşaraq onu vurub. Daha sonra ciddi dava baş verib və nəticədə İvçenkonun burnundan qan axmağa başlayıb. Sobolevin isə qolu sınıb. Onları mühafizəçilər ayırıb.