Parlamentin buraxılmasına səs verən deputatlar yenidən namizəd olurlar: Köhnə hamam, köhnə tas? – Siyahı

Parlamentin buraxılmasına səs verən deputatlar yenidən namizəd olurlar: Köhnə hamam, köhnə tas? – Siyahı
SİYASƏT
12:03 25.12.2019
3229

9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir. Yenisabah.az xəbər verir ki, artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub. 

Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə,  Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev,  Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır. 

Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Milli Məclisin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər uzağa gedən nəticələr çıxararaq növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən cüzi fərqlənəcəyini bildirirlər. Halbuki növbədənkənar seçkilər elan ediləndə cəmiyyətdə Milli Məclisin dəyişyəcəyinə böyük ümid yaranmışdı. Məhz bu ümiddir ki, növbədənkənar seçkilərə marağı artırıb.

Lakin bədbin olmayan ekspertlər də var. Onların fikrincə, adıçəkilən şəxslərin namizədliklərini irəli sürmələri onların deputat seçilməsi demək deyil. Onların fikrincə,  ötən seçkilərdə hakim partiyanın dəstəyilə parlamentə düşən bu şəxslərə növbədənkənar seçkilərdə belə bir dəstyin olacağı barədə qəti qərar yoxdur.  Ona görə də tələsik nəticələr çıxarıb bədbinliyə qapılmaq doğru deyil. /// yenisabah.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada helikopter qəza enişi etdi
17:54 27.06.2025
Rusiyada helikopter qəza enişi etdi
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...