Partiya sədri Abşeron Rayon təşkilatının fəalları ilə görüş keçirdi

SİYASƏT
15:41 27.06.2013
1326

İyunun 26 –sı Ordu Günündə Muasir Musavat partiyasının sədri Hafiz Hacıyev partiyanın qərargahında əslən Qərbi Azərbaycandan olan ,indi Abşeron rayonunda məskunlaşan partiya fəalları ilə görüşüb.

MMP Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə ənənəvi olaraq ölkədə və dünyada baş verən hadisələr, bu hadisələrə onların münasibəti müzakirə edilib.Son günlər Qərbi Azərbaycandan olan bir qrup insanların fəallaşmasını və müxtəlif bəyanatlarla çıxış etməsinin düzgün və yalnış olub - olmamasını haqda xeyli müzakirə edən tərəflər ,Azərbaycan reallığında,indiki zamanda bu cür addımların lazımsız və təhlükəli olduğunu qeyd ediblər .

Bundan sonra təşkilat üzvləri Qərbi Azərbaycandan deportasiya olmuş və çox böyük zərəl görmüş insanlara ,sığındığı ana vətəndə də bir çox haqsızlıqların edildiyini dilə gətiriblər.Bilərəkdən və yaxud bilməyərəkdən onlara edilən haqsızlıqların Bütövlükdə Azərbaycanın ziyanına olduğunu deyiblər.Qərbi Azərbaycandan deportasiya olanların hamısının kimliyini təsdiqləyən sənədlərin (pasportları) dəyişdirilərək ,qaçqın statuslarının üstlərindən götürülməsinin Dağlıq Qarabağın həlli məsələsində də mənfi təsiri olacağını qeyd edən toplantı iştirakçıları,bir partiya olaraq bu məsələnin gündəmə gətirməyin vacib olduğunu qeyd edirlər.

Bundan sonra 2013 –cü ildə prezident seçkisində Qərbi azərbaycanlıların dəstək verəcəyi namizədin təbliğat-təşviqat işində fəal olmalarını xahiş eden

Hacıyev ,onları narahat edən haqlı problemlərin partiya tərəfindən bütün mümkün olan

dəstəyin

veriləcəyinə söz verib.Toplantıda iştirak edən Qərbi Azərbaycanlılar namizədliyi təstiq olunacağı təqdirdə Hafiz Hacıyevin uğur qazanması üçün çalışacaqlarına söz veriblər.

Bununlada toplantı başa çatıb

OXŞAR XƏBƏRLƏR