"Prezidentin siyasi qətiyyəti və Birinci Vitse-Prezidentin şəfqət və diqqəti sayəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər öz bəhrəsini verdi”.
"Azərbaycan Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov AZXEBER.COM-a açıqlamasında Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizəsi haqda danışıb.
O deyib ki, pandemiyanın ölkə ərazisində yayılmasını qarşısı zamanında alınıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahat və tədbirlər ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb.
Azərbaycanın koronavirusla mübarizədə nümayiş etdirdiyi uğurlu nəticələrə də məhz bu zəmin yaradıb.
Bu gün Azərbaycan dövləti yalnız öz ehtiyatları hesabına pandemiyaya qarşı effektiv mübarizə tədbirləri həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bunun üçün prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Kütləvi yoluxmanın qarşısının alınması üçün demək olar ki, dərhal bütün ölkədə əhalinin hərəkəti nəzarətə götürülüb.
Təhsil prosesi dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınıb, ticarət və əyləncə mərkəzləri bağlanıb. Ölkə boyu xüsusi karantin rejimi tətbiq edilib və bu zaman əhalinin evdən yalnız xüsusi ayrılmış vaxt ərzində və konkret hallarda SMS-lə çıxmasına şərait yaadılıb.
Partiya sədri əlavə edib ki, Prezidentin siyasi qətiyyəti və Birinci Vitse-Prezidentin şəfqət və diqqəti sayəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər öz bəhrəsini verib.
O Kamran Əliyevin Baş Prokuror təyin edilməsinə də münasibət bildirib.
"Prezident İlham Əliyevin 2019-cu ildən bütün hakimiyyət qollarında apardığı genişmiqyaslı dəyişikliklərin, əslində yeni hakimiyyət quruculuğu siyasətinin növbəti ugurlu davamına şahidlik edirik. Əslində, bu addım ölkə rəhbərinin 3 aprel 2019-cu ildə "Məhkəmə və hüquq sistemində islahatları dərinləşdirilməsi”nə dair mühüm fərmanın tərkib hissəsidir. Əminəm ki, Azərbaycan Prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”.
Partiya sədri həbs edilən icra başçıları haqda da da danışıb: Onlar Prezidentin açıqlamalarından xəbərdar olublar, amma yenə də qanunsuz əməllərindən əl çəkməyiblər. Vicdanı bir yana, tamahkarlığı onlarda qorxu hissini də bloklayıb. Həbs qorxusundan yox, vicdanın, utanc hissinin yaratdığı qorxudan söhbət gedir. Onlar cəmiyyətin nifrətindən, biabır olacağından qorxmalı idi.
Partiya sədri Prezidentə təşəkkür edib:
"Azərbaycan Mübarizləri” Partiyası olaraq bütün bunlar onu deməyə əsas verir ki, Cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və rifahı dayanır.