Partiya sədri: “Azərbaycan Prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”

Partiya sədri: “Azərbaycan  Prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”
SİYASƏT
17:56 02.05.2020
1348
"Prezidentin siyasi qətiyyəti və Birinci Vitse-Prezidentin şəfqət və diqqəti sayəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər öz bəhrəsini verdi”.

 "Azərbaycan  Mübarizləri” Partiyasının Sədri Ağadur Müslümov AZXEBER.COM-a açıqlamasında Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizəsi haqda danışıb. 

O deyib ki, pandemiyanın ölkə ərazisində yayılmasını qarşısı zamanında alınıb:

"Azərbaycan  Prezidenti  İlham Əliyevin apardığı islahat və tədbirlər ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb. 

Azərbaycanın koronavirusla mübarizədə nümayiş etdirdiyi uğurlu nəticələrə də məhz bu zəmin yaradıb. 

Bu gün Azərbaycan dövləti yalnız öz ehtiyatları hesabına pandemiyaya qarşı effektiv mübarizə tədbirləri həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bunun üçün prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Kütləvi yoluxmanın qarşısının alınması üçün demək olar ki, dərhal bütün ölkədə əhalinin hərəkəti nəzarətə götürülüb.

Təhsil prosesi dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınıb, ticarət və əyləncə mərkəzləri bağlanıb. Ölkə boyu xüsusi karantin rejimi tətbiq edilib və bu zaman əhalinin evdən yalnız xüsusi ayrılmış vaxt ərzində və konkret hallarda SMS-lə çıxmasına  şərait yaadılıb. 

Partiya sədri əlavə edib ki, Prezidentin siyasi qətiyyəti və Birinci  Vitse-Prezidentin şəfqət və diqqəti sayəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər öz bəhrəsini verib. 

O Kamran Əliyevin Baş Prokuror təyin edilməsinə də münasibət bildirib.

"Prezident İlham Əliyevin 2019-cu ildən bütün hakimiyyət qollarında apardığı genişmiqyaslı dəyişikliklərin, əslində yeni hakimiyyət quruculuğu siyasətinin növbəti ugurlu davamına şahidlik edirik. Əslində, bu addım ölkə rəhbərinin 3 aprel 2019-cu ildə "Məhkəmə və hüquq sistemində islahatları dərinləşdirilməsi”nə dair mühüm fərmanın tərkib hissəsidir. Əminəm ki, Azərbaycan  Prokurorluğu dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”.

Partiya sədri həbs edilən icra başçıları haqda da da danışıb: Onlar Prezidentin açıqlamalarından xəbərdar olublar, amma yenə də qanunsuz əməllərindən əl çəkməyiblər. Vicdanı bir yana, tamahkarlığı onlarda qorxu hissini də bloklayıb. Həbs qorxusundan yox, vicdanın, utanc hissinin yaratdığı qorxudan söhbət gedir. Onlar cəmiyyətin nifrətindən, biabır olacağından qorxmalı idi.

 Partiya sədri Prezidentə təşəkkür edib: 

"Azərbaycan  Mübarizləri” Partiyası olaraq  bütün bunlar onu deməyə əsas verir ki, Cənab Prezidentin yürütdüyü  siyasətin mərkəzində  Azərbaycan vətəndaşı,  onun sağlamlığı və rifahı dayanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda baş verən cinayət işinin motivi məlum olub
09:48 29.06.2025
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
09:44 29.06.2025
Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib