Partiya sədri: Kamran Əliyevin təyinatı hüquq sahəsində aparılan islahatların davamıdır

Partiya sədri: Kamran Əliyevin təyinatı hüquq sahəsində aparılan islahatların davamıdır
SİYASƏT
16:12 02.05.2020
1649

Mayın 1-də Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirildi.

Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Kamran Əliyevin baş prokuror təyin olunması ilə bağlı sərəncam imzaladı.

Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin gətirilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.

Yeni baş prokuror Milli Məclisin iclasında çıxışı zamanı siyasi, hüquqi islahatların, eləcə də, aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov AZXEBER.COM-a açıqlamasında prokurorluq sistemində dəyişikliklərin islahatların davam olduğunu deyib: "Bu prezident İlham Əliyevin hüquq sahəsində başlatdığı islahatların davamıdır. Eyni zamanda islahatların davamlı olacağının anonsudur. Yeni təyin olunan baş prokuror çox təcrübəli, dövlətçi, savadlı insandır.

Mən əminəm ki, o bu işin də öhdəsindən layiqli şəkildə gələcək. Çünki onun əvvəlki çalışdığı vəzifə də çox strateji vəzifə idi. Kamran Əliyevin potensialı, savadı, düşüncə tərzi, hadisələrə münasibəti onu deməyə əsas verir ki, bu yerində verilən qərardır. Əminəm ki, bu islahatlar davamlı olacaq və korrupsiyaya qarşı mübarizə bundan sonra daha sərt formada davam edəcək".

Partiya sədri son zamanlar Dövlət Təhlükəzlik Xidmətinin apardığı əməliyyatlar haqda da danışıb.

O deyib ki, bu tədbirlər bütün icra başçılarına dərs olmalıdır: "Bu həbslər ölkədə korrupsiyaya, məmur özbaşınalığına qarşı aparılan tədbirlərin tərkib hissəsidir. Bəzi icra başçıları özlərini padşah kimi aparırlar, heç kimi saymırlar, sakinləri aşağılayırlar. Hətta iş o yerə çatıb ki, rayon insanları icra başçılarını toxunulmaz hiss edirlər. Dövlət başçısı hər dəfə deyir ki, dövlət məmuru xalqın qulluğunda durmalıdır, insanları dinləməli, yardım etməlidir. Hesab edirəm ki, bu həbslər davamlı olmalıdır. Özündən başqa heç kimi qəbul etməyən icra başçıları həbs edilməlidir. Köhnə təfəkkürlü insanlar getməlidir, yeni kadrlara şans verilməlidir. Biz partiya olaraq bu addımları yüksək qiymətləndiririk, alqışlayırıq". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb