Azadlıq Partiyasının sədri Əhməd Oruc "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qrupun videokonfrans vasitəsi ilə keçirdikləri iclaslarına münasibət bildirib.
AZXEBER.COM-a açıqlama verən partiya rəhbəri Milli Şuranın cinsi azlıqların istək və arzularından çıxış etdiyini bildirib:
"Özünə müxalifət deyən qüvvə ölkədəki siyasi gündəmi müzakirə etməlididir. Konfranslarda həm hakimiyyət, həm də digər siyasi rəqibləri ilə bağlı məsələlər müzakirə edilməlidir. Orada diqqətçəkən məsələ Milli Şuranın cinsi azlıqlarla məsələdə Azərbaycan mentalitetindən yox, dünayadakı cinsi cinsi azlıqların istək və arzularından çıxış etməsidir. Gündəmdə qalmaq üçün bu cür vasitələrə əl atırlar".
Əhməd Oruc Milli Şuranın cinsi azlıqlardan istifadə etdiyini deyib: "Yəni bu göstərir ki, Milli Şura və ona maliyyə dəstəyi verən siyasi qüvvələr cinsi azlıqların, müxtəlif orientasiyalı insanların Azərbaycan cəmiyyətində dəstəklənməməsi xəttini götürür. Cinsi azlıqlara mövqeyinə görə Milli Şuraya qınaqlar var və həmin şəxslərin istefaya göndərilməsi məsələsi gündəmdə imiş. Artıq deyə bilərəm ki, bu baş verib. Yəni Milli Şura faktiki olaraq cinsi azlıqların, Qərbin Azərbaycan cəmiyyətinə giriş üçün istifadə etdiyi dəyərlərin müdafiəçisi qismində çıxış edir. Mən buna çox təəsüflənirəm".
Günel Hüseynli