BBP liderinin də içində olduğu vertolyotun qalıqları ilk gün tapılıbmış
Böyük Birlik Partiyasının mərhum lideri Möhsün Yazıçıoğlunun ölümüylə bağlı yeni iddia ortaya çıxıb.
AZXEBER.COM-un “trtazerbaycan"a istinadən verdiyi məlumata görə, “Zaman" qəzetinin xəbərinəgörə, Yazıçıoğlunun ölümüylə bağlı çox mühüm bir sənəd prokurorluğa göndərilib.
Malatya Prokurorluğuna göndərilən sənədvertolyotun hissələrinin qəzanın olduğu gün tapıldığını göstərir.
İddialara görə, sənəddə martın 25-də hadisə yerinə gedən iki hərbi vertolyotun iş qrafiki var. BBP-nin Prezident Administrasiyasına təqdim etdiyi sənədin də bu qrafik olduğu bildirilir.
Əldə edilən məlumata görə, prokurorluğa göndərilən hərbi tapşırıq qrafikinin qeydlərində axtarış-xilasetmə tədbirlərinə qatılan iki hərbi vertolyotun martın 25-də vertolyotun qalıqlarının olduğu hissədə uçduğu aydın şəkildə görünür. Qrafikdə vertolyotların marşrutu, bazalarından qalxış və bazalarına eniş saatları əksini tapıb.