Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisinin qapıçısı Vladimir Stoykoviç zədələnib.Ölkə çempionatının “Yavor”la qarşılaşmasında xəsarət alan qolkiper bu üzdən Serbiya millisinin də heyətindən kənarda qalıb. O, DÇ-2014-ün qarşıdakı seçmə matçlarını buraxacaq.Körpücük sümüyü qırılan futbolçu daha uzun müddət meydanlardan kənarda qalacaq. Onun bərpa prosesi 2 ay çəkəcək ki, bu üzdən qolkiper “Neftçi” ilə Bakıdakı oyunda da forma geyməsi mümkünsüz görünür.Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də baş tutacaq.