Avropa Liqasının qrup mərhələsinin ilk görüşü çərvivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.
Qol.Az-ın məlumatına görə, Belqradda baş tutacaq matçın biletlərinin qiymətləri də bəlli olub.
Belə ki,biletlərin qiymətləri sektorlardan asılı olaraq 6-126 manat arasında dəyişir. "Neftçi" ilə oyuna ən ucuz biletin qiyməti 6 manatdır. VİP sektorlara bilet almaq istəyən azarkeşlər isə 126 manatlarından keçməli olacaqlar.
Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sentyabrın 20-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.