‘Partlayış nəticəsində insanların həlak olması…’ – İlham Əliyevdən Ərdoğana məktub

‘Partlayış nəticəsində insanların həlak olması…’ –  İlham Əliyevdən Ərdoğana məktub
SİYASƏT
13:13 07.06.2016
1190

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidentRəcəb Tayyib Ərdoğana başsağlığı məktübü göndərib.

Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: “İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

OXŞAR XƏBƏRLƏR