Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
SOSİAL
16:04 02.03.2026
573
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 2-6 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.