Partlayış zamanı əməl etməli olduğumuz QAYDALAR

Partlayış zamanı əməl etməli olduğumuz QAYDALAR
SOSİAL
13:22 24.11.2025
287
Qəfil partlayış hallarında insanların həyati təhlükədən qorunması üçün əməl edilməli bir sıra qaydalar mövcuddur.  Hadisə baş verən anda atılacaq düzgün addımlar xəsarət alma riskini azaldır və həyatı xilas edə bilər. 

AZXEBER.COM ilkin davranış qaydalarını təqdim edir:

•Yerə çök və başını qollarınla qorumağa çalış.

Partlayış zamanı ilk növbədə yerə çökərək baş və boyun hissəsini qollarla qorumaq vacibdir. 

•Pəncərələrdən və şüşəli səthlərdən uzaqlaş.

Dalğadan və ətrafa səpələ biləcək şüşə, metal parçalarından uzaq olmaq üçün pəncərələrdən və şüşəli səthlərdən uzaqlaşmaq tövsiyə olunur.

•Divar küncünə və ya möhkəm bir səthin arxasına keç.

Təhlükəsiz mövqe kimi divar küncləri və sütun arxaları göstərilir. 

•Tüstü varsa, alçaqdan hərəkət et.

Əgər ərazidə yanğın və ya tüstü yaranarsa, mümkün qədər alçaqdan hərəkət etmək lazımdır. Həmçinin qaz qoxusu hiss edilərsə, hadisə yerini dərhal tərk etmək tələb olunur.

•Lift istifadə etmə, yalnız pilləkənlərlə çıx.

Lift istifadə etməmək, yalnız pilləkənlərlə təhlükəsiz zonaya çıxmaq lazımdır.

Eyni zamanda izdiham yaratmadan ən yaxın çıxışa yönəlmək və təhlükəsiz məsafəyə çatdıqdan sonra geri qayıtmamaq da vacib tədbirlər sırasındadır.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR