"Uzun müddət gəzə bilmədim. İndi də əllərimi düzgün istifadə edə bilmirəm".
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşq zamanı baş verən alovda bədəninin 80 faizi yanmış lisey şagirdi Beyzanur Hatmorioğlu (18 yaş) deyib.
O, 7 ayda 15 əməliyyat keçirib. 18 yaşlı lisey şagirdi Beyzanurun həyatı təhsil aldığı zaman baş verən partlayışla dəyişib.
Təcrübə keçdiyi yerdə yaşadığı qəzanı izah edən Hatmorioğlu, alovun avtomobilin arxa oturacağındakı yanacaq çənindən alovlandığını söyləyib.
O həmçinin qeyd edib:
"Çox uzun bir reanimasiya dövrü keçirdim. Uzun müddət yeriyə bilmədim. Əllərimdən düzgün istifadə edə bilmirəm. Güzgüyə baxa bilmirəm. Mən artıq köhnə mən deyiləm. Başqalarının etdiyi bir səhv mənim həyatım bahasına başa gəldi. Təhsil həyatım bitdi. Məktəbimi çox sevirdim. Mən indi məktəbə gedə bilmirəm, çünki günəşə belə çıxa bilmirəm. Arzum usta olmaq idi. Düşünürəm ki, daha bunu edə bilməyəcəm”
Qeyd edək ki, Beyzanur Hatmorioğlu iyunun 20-də xidmətə çıxan avtomobilin arxa oturacağının altındakı yanacaq çənini dəyişdirərkən yanıb. Həmin vaxt avtomobildə olan və alov içində qalan Hatmorioğlunun üzü və bədəni ciddi şəkildə yanıb.
Oksana