"PashaPay” gənc və özünə güvənən innovatorları "Pasha-Hackathon”da iştirak edib gücünü sınamağa dəvət edir.
AZXEBER.COM xəbər verir ki, əsas məqsədlər istedadlı kadrları müəyyən etmək, güclü komandalar üçün imkanlar yaratmaq, şirkət üçün maraqlı həlləri seçməkdir.
İyunun 28-29-30-da keçiriləcək yarışlarda iştirak və qonaqlama xərcləri bütünlüklə təşkilatçılar tərəfindən qarşılanır. Müraciət üçün iyunun 10-dək yarışların rəsmi veb-səhifəsinə daxil olub iştirakçı formunu doldurmaq kifayətdir. "Hackathon”un sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq bu mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.
İştirakçılar real problemlər üzərində çalışaraq innovativ həllər təklif etməklə yanaşı maraqlı tanışlıqlar qurmaq, əhatı dairələrini genişləndirmək imkanı da əldə edəcəklər.