Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini deyib.
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, o 2021-ci ilin iyun ayına qədər xalqından vaxt istəyib. "Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən "yol xəritə”si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir”.
Qeyd edək ki, son günlər Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilir.