Paşinyan: 8 avqust tarixində xalqın sülhün bərqərar olması arzusunu reallığa çevirdik

Paşinyan: 8 avqust tarixində xalqın sülhün bərqərar olması arzusunu reallığa çevirdik
SİYASƏT
09:51 21.09.2025
138
Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülhün bərqərar olduğunu vurğulayıb.

AZXEBER.COM xəbər verir ki, Paşinyan bunu ölkəsinin Müstəqillik Günü münasibətilə sosial media hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, blokada, müharibə, iqtisadi tənəzzül və mühacirət xalqın sözügedən arzusunun reallığa çevrilməsinə imkan vermədi.

"8 avqust 2025-ci ildə sülhün bərqərar olması ilə bu arzu yenidən Ermənistan Respublikasını bürüdü və bizim borcumuz onu reallığa çevirmək oldu", - o qeyd edib.

Xatırladaq ki, cari ilin avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
 
///"Report" 
OXŞAR XƏBƏRLƏR