Bu sözləri AZXEBER.COM-a politoloq Qabil Hüseynli Paşinyanın 3+3 formatında olan görüşə razılıq verməsini şərh edərkən deyib.
Politoloq Gədəbəyin Başkənt kəndinin Ermənistana aid olması ilə bağlı səsləndirilən fikirləri düzgün hesab etmədiyini bildirib:
"Paşinyan son çıxışında anklavlar məsələsinə də diqqət yetirib. Anklavlar məsələsində Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndinin adını çəkir. Ancaq o qeyd edib ki, Ermənistanın da Azərbaycan ərazisində Gədəbəydə Başkənd deyilən anklavları var. Bu anklavlarin geri qaytarılması prossesini SSRİ dağılana yaxın mövcud olan xəritələrə, həm də 1991-ci il Almatı görüşünün nəticələrinə uyğun olaraq həyata keçirməliyik. Ancaq xüsusi qeyd etmək lazımdır ki, Paşinyanın Gədəbəy rayonunun Başkənt ərazisinin Ermənistana aid olmasına iddia edilməsini düzgün deyil. Çünki həmin ərazi Azərbaycan ərazisidir".

Baş tutacaq görüşün pozitiv məqamlarından danışan politoloq Paşinyanın ilk dəfə olaraq Zəngəzur dəhlizi haqqında açıq danışdığını qeyd edib:
"Sevindirici haldır ki, Paşinyan son çıxışında Zəngəzur adını çəkmədən o mövzuda da danışaraq Mehri rayonundan Naxçıvana dəmir yolunun çəkilməsinə razı olduğunu bildirib. İlk dəfədir ki, Paşinyan Zəngəzur yolu haqqında belə açıq, aydın danışır. O, qeyd edib ki, dəmir yolu bizim üçün də əhəmiyyətldir, bizi blokadadan çıxaracaq. Bizim dünya ilə əlaqələrimizi günişləndirəcək.
Qabil Hüseyn Paşinyanın bütün bunların qarşılığında qoyduğu şərtdən də danışıb: "Paşinyan bütün bunların qarşılığında bir şərt qoyur. Dəmir yolu və şosse yolları bilavasitə Ermənistanın suverenliyi altında olmalıdır. Bu dəhliz yox, yol adlandırılmalıdır".
Günel Hüseynli